2023-cü ilin sonuna dövlət əmlakının özəlləşdirilməsindən Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 115,9 milyon manat təşkil edib. İqtisadiyyat Nazirliyinin Əmlak məsələləri üzrə Xidmtinin rəhbəri Mətin Eynullayev bildirib.
"Dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 105,4 faiz yerinə yetirilib. 2022-ci ilin göstəriciləri ilə müqayisədə gəlirlər 500 min manat artıb”, - Eynullayev çərşənbə axşamı 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2023-cü ildə 245 kiçik dövlət müəssisə və obyekti, 111 müəssisənin torpaq sahəsi, 538 nəqliyyat vasitəsi özəlləşdirilib, 9 səhmdar cəmiyyətinin səhmləri satılıb.
Eynullayev həmçinin qeyd edib ki, 2023-cü ildə üç müəssisənin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsindən Azərbaycanın dövlət büdcəsinə 12,2 milyon manat vəsait daxil olacaq.
Onun sözlərinə görə, bu müəssisələrin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi 221 iş yerinin yaradılmasına imkan verib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !