Dövlət Gömrük Komitəsinin sədri qorxulu məqamdan danışdı

13:40 | 30.01.2014
Dövlət Gömrük Komitəsinin sədri qorxulu məqamdan danışdı

Dövlət Gömrük Komitəsinin sədri qorxulu məqamdan danışdı

"Azərbaycana narkotik vasitələr və uyuşdurucu maddələr daha çox İrandan gətirilir". ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. O bildirib ki, bir-iki hal Rusiya sərhədində qeydə alınıb:“Ötən il Komitə tərəfindən 130 kq-dan çox narkotik və psixotrop maddələr tutulub. Bunların da çəkisinə baxanda ilk dəfə olaraq üstünlük ən çox heroinin payına düşür. Bu olduqca diqqəti cəlbedən faktdır. Çoxdandır kakoin aşkar olunmurdu. Bununla bağlı indi yeni faktlar var. Ən qorxulusu odur ki, ölkə ərazisinə uyuşdurucu maddələr üçün xammal gətirilir. Eyni zamanda küllü miqdarda mobil telefon və zinət əşyaları və s. aşkar olunaraq götürülüb”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM