Dövlət Gömrük Komitəsi (DGK gömrük qanunvericiliyinin tələblərini ciddi şəkildə pozan şəxləri axtarışa verib.
Gömrük orqanları tərəfindən xarici ticarət fəaliyyəti zamanı aşkarlanan qanun pozuntuları hərtərəfli şəkildə araşdırılır, gömrük sahəsində hüquqpozmalara yol verənlər məsuliyyətə cəlb olunur və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində hələlik adları istintaqa məlum olmayan, aşağıdakı video və fotoda gördüyünüz şəxslərin gömrük qanunvericiliyinin tələblərini ciddi şəkildə pozduğu müəyyən edilib, lakin onlar məsuliyyətdən yayınmağa müvəffəq olublar. Həmin şəxsləri tanıyanların Dövlət Gömrük Komitəsinə məxsus aşağıdakı telefon nömrələrinə zəng edərək məlumat vermələrini xahiş edirik”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !