Azərbaycanda bu günə kimi 100-dən artıq xəstəyə dövlət hesabına böyrək transplantasiyası uğurla icra edilib.
Anews.az Milli.Az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, belə xəstələrdən biri olan Qasım Ağamətov üzərində bu günlərdə transplantasiya əməliyyatı aparılıb.
Əməliyyat akademik M.Cavadzadə adına Uroloji Mərkəzdə Mircəlal Kazımi tərəfindən aparılıb.
O qeyd edib ki, həmin xəstə 15 il hemodializ olunub: "Belə ki, uzun müddət dializdə olan xəstələrdə ürək-damar çatışmazlığı əmələ gəlir. Bu xəstənin də ürək fəaliyyəti 30%, damarları isə dözümsüz olub.
Texniki çətinliyə baxmayaraq, bacısından alınan böyrək müvəffəqiyyətlə xəstəyə nəql edilib. Xəstə artıq normal vəziyyətdə evinə yazılıb. O, bundan sonra həyatına normal, sağlam insan kimi davam edəcək".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !