• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq
19.12.2016 15:24
Dövlət İmtahan Mərkəzi (DİM) hər il imtahan qaydalarına müəyyən dəyişikliklərin edilməsinin səbəblərini açıqlayıb.
 
APA-nın məlumatına görə, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bakı şəhəri üzrə 2017-ci ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına həsr olunan konfransda bildirib ki, onlara hər il imtahanların qaydalarının dəyişilməsinin səbəbləri ilə bağlı müxtəlif suallar verilir: "Sual verənlər təhsillə bağlı dövlət tərəfindən qəbul edilən sənədlərlə tanış olsunlar. Bunlar təhsil mühitini formalaşdıran sənədlərdir və biz onları icra edirik. İmtahanlarda dəyişiklərin edilməsi bu səbəblərlə əlaqədardır. Hər bir imtahan layihələşdiriləndə onun məqsədi də müəyyənləşməlidir. Qəbul imtahanları zamanı məzunlar arasından ən yaxşılarını seçməliyik. Buraxılış imtahanları zamanı isə uşaqların bilik və bacarıqlarının müəyyən dövlət standartlarına uyğunluğu yoxlanılır. Həmin məqsədə görə ölçmə materialları-testlər fərqli olur”.
 
M. Abbaszadə qeyd edib ki, bu gün DİM-in təhsil bazasında IX sinifdə təhsil alan şagirdlərin sayı 113 min nəfərdir. Onlardan 85 mini nəfəri müəyyən imtahanlardan keçib: "2013-cü ildən ölkədə monitorinq imtahanlarının keçirilməsinə başlanılıb. 2013-2016-cı illərdə 85459 şagird monitorinq imtahanlarında iştirak edib. Onlardan 39575-i Azərbaycan dili, 40234-ü riyaziyyat, 5650-si isə rus dilindən imtahan verib. Bu nəticələr əsasında geniş araşdırmalar aparılıb. 2016-cı ilin əvvəlində monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili jurnal şəklində hazırlanaraq ictimaiyyətə açıqlanıb. Bu jurnalı elektron formada da saytdan yükləmək mümkün olub. Bir ildə yükləmələrin sayı 3400-ə yaxın idi və əsas yükləmələr xaricdən edilib. Son 2 ayda isə müxtəlif bölgələrdə pedaqoji işçilərlə keçirilən görüşlərin nəticəsi olaraq, 500 əlavə yükləmə olub. Yükləmələr hazırda pulsuz olduğundan məsləhət görərdim ki, onları indidən yükləyəsiniz. Çünki yanvarın 1-dən bu yükləmələrin qiyməti heç olmasa 1 manat olacaq”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq
Cəmiyyət 11:09
Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq
Azərbaycan suriyalı qaçqınları qəbul edəcəkmi? - AÇIQLAMALAR
Cəmiyyət 11:05
Azərbaycan suriyalı qaçqınları qəbul edəcəkmi? - AÇIQLAMALAR
Cəmiyyət 10:24
"Pensiya yaşının artırılması gərginliyə səbəb olacaq" - SOSİOLOQ
Küçə hasarlarından dini şüarlar silinir, evlərə sayğaclar quraşdırılır - Nardarandan FOTOLAR
Cəmiyyət 10:04
Küçə hasarlarından dini şüarlar silinir, evlərə sayğaclar quraşdırılır - Nardarandan FOTOLAR
Dəyanət Rzayevin ölüm səbəbi dəqiqləşdi
Cəmiyyət 09:42
Dəyanət Rzayevin ölüm səbəbi dəqiqləşdi
Məhkəmələr
Cəmiyyət 08:34
Məhkəmələr "elektron sistem" qərarını niyə icra etmir?
Azərbaycan prezidenti əfv sərəncamı imzaladı - TAM SİYAHI
Cəmiyyət 04:58
Azərbaycan prezidenti əfv sərəncamı imzaladı - TAM SİYAHI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol