"Səhiyyə Nazirliyinin nəzdində olan bütün dövlət klinikaları pulsuz olaraq fəaliyyət göstərəcək. Onlar publik hüquqi şəxs olmayacaqlar”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib.
Millət vəkili bildirib ki, universitet xəstəxanaları publik hüquqi şəxsə çevriləcəklər: "Xəstəxanaların publik hüquqi şəxsə çevrilmələri prosesi davam gedir. Tibb Universitetinin Terapevtik və Cərrahiyə korpuslar artıq publik hüquqi şəxs statusu alıblar. Rayonlardakı xəstəxanalar da eyni stata malik olacaqlar. Dövlət büdcəsindən ayrılmalar olmadan öz büdcələrini formalaşdıracaqlar”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !