• $
  • £

Dövlət Komissiyasının Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı açıqlaması

Dövlət Komissiyasının Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı açıqlaması
17.07.2014 18:05
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Kəlbəcər rayonu ərazisində azərbaycanlıların girov götürülməsi ilə bağlı açıqlama yayıb. ANN.Az-ın Dövlət Komissiyasının saytına istinadən verdiyi xəbərə görə, komissiya ictimaiyyətin narahatlığını nəzərə alaraq bir daha bildirir ki, girovların sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ gündəlik diqqət mərkəzindədir və onunla bağlı bütün zəruri tədbirlər görülür. Qeyd olunur ki, Ermənistanın rəsmi dairələrinin yaydığı məlumatların əksinə olaraq, girov götürülmüş şəxslər 12 avqust 1949-cu il tarixdə qəbul edilmiş Cenevrə Konvensiyalarının himayəsi altındadır və onlarla davranış həmin beynəlxalq sənədlər çərçivəsində olmalıdır: “Ermənistan Müdafiə Nazirliyi “saxlanılan şəxslər hərbi əsir deyil” deməkdə haqlıdır. Ona görə ki, həmin şəxslər Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində böyüyüb başa çatıb və ata-babalarının məzarı həmin ərazilərdə qalmış mülki insanlardır. Mülki şəxslərlə isə “Müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust Cenevrə Konvensiyası”nın tələblərinə uyğun davranılmalıdır. Həmin konvensiyanın 4-cü maddəsində bu dəqiq ifadə edilib. Bu məqam aidiyyəti beynəlxalq təşkilatların da diqqətinə çatdırılıb”. Dövlət Komissiyası bəyan edir ki, Kəlbəcər rayonu ərazisində girov götürülmüş şəxslər erməni tərəfinin iddia etdiyi kimi, heç bir dövlət sərhədini pozmayıb və suveren Azərbaycanın BMT tərəfindən tanınmış ərazisində olublar: “Əsl sərhəd pozucusu isə 10 yanvar 2010-cu il tarixdə 5 nəfərdən ibarət ailə üzvü ilə “Yeraz” markalı maşınla Ermənistanın Naxçıvan MR ilə sərhəd ərazisini keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış Gevorkyan Yeqişe Petrosoviçdir. Həmin dövrdə Azərbaycan müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Gevorkyanla sərhəd pozucusu kimi davrana bilərdi. Lakin beynəlxalq hüquq normalarına həmişə hörmətlə yanaşmış Azərbaycan Gevorkyana və onun ailəsinə münasibətdə humanitar hüquq normalarını əsas götürüb”. Açıqlamada qeyd olunur ki, diqqəti çəkən və narahatlıq doğuran məqamlardan biri Ermənistanın rəsmi strukturlarına istinad edən erməni kütləvi informasiya vasitələrində məsələ ilə bağlı ziddiyyətli, bir çox hallarda isə biri-birini təkzib edən məlumatların yayılması, eyni zamanda onların guya bir hərbçini və bir mülki şəxsi öldürməkdə günahlandırılmasıdır: “Hətta Dağlıq Qarabağda qurulmuş separatçı rejimin “yetkililəri” bir az da uzağa gedərək, bu məsələnin danışıqlar prosesinə ciddi zərbə vuracağı kimi siyasi bəyanatlar verməkdən belə çəkinmirlər. Dövlət Komissiyası bildirir ki, məsələyə kriminal və ya siyasi don geyindirilməsi beynəlxalq humanitar hüquq normalarına hörmətsizlikdir və saxlanılan şəxslərə bu normaların tətbiq dairəsindən kənar münasibət qəbuledilməzdir. Bununla yanaşı, Komissiya Azərbaycanın Kəlbəcər rayonu ərazisində girov götürülmüş azərbaycanlılarla bağlı KİV-də yoxlanmamış məlumatların yayılmasından da narahatlığını ifadə edir. Təhlil göstərir ki, hadisə ilə bağlı məlumatlar bir çox hallarda dəqiqləşdirilmədən, tələsik dövriyyəyə buraxıldığı üçün əsas mahiyyətini itirərək sensasiya xarakteri alır. Hətta girov götürülmüş vətəndaşların qohumu olmayan şəxslərə istinad edilərək guya saxlanılan şəxslərdən birinin onlara Kəlbəcərdən zəng edərək bir nəfərin öldürülməsi, digərinin gözünün çıxarılması barədə məlumat verdiyini yazırlar. Aparılan araşdırmalar, eyni zamanda girovların yaxın qohumları isə belə zəngin olmadığını təsdiq edir. Digər bir halda isə saxlanılan şəxslərdən birinin evinin və mağazasının olması kimi məsələyə aidiyyəti olmayan məlumatlar yayılır. Misalları artırmaq da olar. Bu məsələ insan taleyi ilə bağlı olduğu və həssas xarakter daşıdığı üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hazırda Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş vətəndaşlarımızla bağlı məlumatları yayarkən bir çox hallarda təxəyyüldən doğan fikirlərdən uzaq olmağa və saxlanılan şəxslərin sonrakı taleyi ilə bağlı aparılan işə zərər verə biləcək hər hansı materialı yaymaqdan çəkinməyə çağırır”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Cənubi Qafqazda sülhə töhfəsinə görə Əliyevə təşəkkür edib
Siyasət 19:09
Paşinyan Cənubi Qafqazda sülhə töhfəsinə görə Əliyevə təşəkkür edib
Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
Siyasət 17:51
Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
Azərbaycan və Böyük Britaniya arasında humanitar minatəmizləmədə gələcək layihələr müzakirə edilib
Siyasət 16:20
Azərbaycan və Böyük Britaniya arasında humanitar minatəmizləmədə gələcək layihələr müzakirə edilib
Deputat torpaq analizlərinin qiymətinin kiçik fermerlər üçün azaldılmasını istəyib
Siyasət 12:06
Deputat torpaq analizlərinin qiymətinin kiçik fermerlər üçün azaldılmasını istəyib

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 10:40
Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib
DTX terror və sui-qəsd cəhdinin qarşısını alıb
Siyasət 10:25
DTX terror və sui-qəsd cəhdinin qarşısını alıb
Prezidentin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:46
Prezidentin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 20:06
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
Siyasət 19:30
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol