Dövlət Komitəsi: Halal kolbasa istehsal edən müəssisə yoxdur

18:17 | 24.01.2014
Dövlət Komitəsi: Halal kolbasa istehsal edən müəssisə yoxdur

Dövlət Komitəsi: Halal kolbasa istehsal edən müəssisə yoxdur

Azərbaycanda halal standartına cavab verən kolbasa və sosis istehsal edən müəssisə yoxdur.«APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.Onun sözlərinə görə, Komitə 2012-ci ildə bununla bağlı müvafiq standart qəbul edib: «Lakin bu günə qədər bizdən halal standart alan bir dənə də olsun müəssisə olmayıb».R.Həsənovun dediklərinə görə, baxmayaraq ki, bu gün bir çox şirkət istehsal etdiyi kolbasa və sosislərin üzərində «halal» sözü yazır. Bu standart deyil, bu bir brend kimi buraxılır. Biz də onlara məsləhət görürük ki, belə etməsinlər və istehsal etdikləri ət məhsullarının üzərinə halal sözü yazmasınlar. Çünki bu məhsullar halal deyil».ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb