Dövlət Komitəsi müsabiqə elan edib

21:19 | 21.12.2017
Dövlət Komitəsi müsabiqə elan edib

Dövlət Komitəsi müsabiqə elan edib

"Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs korporotiv loqotipin hazırlanması ilə əlaqədar müsabiqə elan edir.

Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Korporotiv loqonun dizaynı özündə institutun fəaliyyəti, strategiya və missiyasına dair elementləri əks etdirməlidir. Həmçinin, loqo rəngli və konseptual görünüşlü olmalıdır.

İnstitutun fəaliyyəti aşağıdakılardır:

- İnstitut Azərbaycan Respublikasının milli standartlaşdırma qurumudur və onun əsas fəaliyyət istiqamətləri milli standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilik, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətlərin həyata keçirilməsindən ibarətdir;

- İnstitut texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə vahid dövlət siyasətinin formalaşdırılması, həyata keçirilməsi və sahənin inkişafının təmin edilməsi üçün təkliflər verir.

Müsabiqədə yalnız indiyə qədər istifadə edilməyən və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan həllər iştirak edə bilər. Loqo dizaynlarına müvafiq komissiya tərəfindən baxıldıqdan sonra qalib elan olunacaq.

Layihə təkliflərini 2018-ci ilin 22 yanvar tarixinədək [email protected] elektron poçtuna və ya institutun Bakı şəhəri, İsaqzadə qəsəbəsi 7-ci köndələn ünvanında yerləşən inzibati binasına göndərə bilərsiniz. Əlaqələndirici şəxs: Fəridə Bəşirova-şöbə müdiri tel: (012) 514 96 03 (110), e-mail:[email protected]

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti