Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət tətbiq ediləcək.
Əmlak Məsələləri Dövlət Komitəsi bu gün "Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət" mövzusunda ictimai təqdimat keçirib. ANN.Az xəbər verir ki, tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin, ictimai təşkilatların, bələdiyyələrin və notariat orqanlatının, daşınmaz əmlak agentlərinin əməkdaşları və mətbuat nümayəndələri iştirak ediblər.
Komitə səlahiyyətlisinin verdiyi məlumata görə, yeni onlayn xidmətin tətbiqində məqsəd daşınmaz əmlakın qeydiyyatını daha da sadələşdirmək, qeydiyyat üçün lazım olan prosedurları minimuma endirmək, vaxt itkisinin və əlavə müraciətləri aradan qaldırmaqdır. Tədbirdə həmçinin müasir dövrdə elektron əmlak idarəçiliyi sisteminin qurulması, məmur və vətəndaş ünsiyyətinin azaldılmasında yeni onlayn xidmətlərin rolu və faydaları barədə ictimaiyyətə məlumatlar da çatdırılıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, Azərbaycan Respublikasının prezidentinin tapşırıqlarına uyğun olaraq komitə xidmət səviyyəsinin yüksəldilməsi, şəffaflığın və çevikliyin daha da artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Qeydiyyat prosesinin sadələşdirilməsi, informasiya- kommunikasiya texnologiyalarından geniş istifadə, elektron və onlayn xidmətlərin tətbiqi, xidmət şəraitinin və dövlət qulluqçularının etik davranış səviyyəsinin bu sahədə atılan ardıcıl addımlardır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !