Dövlət maşınları satışa çıxarıldı - "Nissan" 3500, "Tofaş" 1800 AZN - SİYAHI

12:42 | 17.10.2019
Dövlət maşınları satışa çıxarıldı -

Dövlət maşınları satışa çıxarıldı - "Nissan" 3500, "Tofaş" 1800 AZN - SİYAHI

Azərbaycanda dövlət avtomobilləri satışa çıxarılır.

Anews.az-in məlumatına görə, oktyabrın 29-da hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı da açıqlanıb. 

1-3-cü sətirdə  Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan  nəqliyyat  nəqliyyat vasitələri 2-ci dəfə  təkrar hərraca çıxarılır.

4-cü sətirdə  Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat  vasitəsinin 04 iyun 2019-cu il tarixli hərracının nəticəsi ləğv olunduğu üçün  təkrar hərraca çıxarılır.

5-6-cı sətirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin balansında olan  nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.


7-ci sətirdə  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan  nəqliyyat  nəqliyyat vasitəsi 2-ci dəfə  təkrar hərraca çıxarılır.

Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
29 oktyabr 2019-cu il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı


1. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima 2006 (il) - 6000 (manat)
2. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima 2007 - 6000
3. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima (qəzalı) 2007 - 4000
4. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima 2006 - 3500
5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Chevrolet Niva 2006 - 4500
6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Chevrolet Niva 2005 - 6000
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Mərkəzi Neftçilər Xəstəxanası
Nissan Maxima 2002 - 6000
8. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı Tofaş Doğan 2004 - 1800
9. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı VAZ-2107 2004 - 1800
10. "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ZİL-431412 ş-də KC-2571 xüsusi 1989 - 10000
Əlaqə telefonu: 012 - 566 - 07 - 44












www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb