Dövlət müşaviri: "Ermənilər var ki, Azərbaycanı vətənləri sayırlar"

17:49 | 29.01.2016
Dövlət müşaviri:

Dövlət müşaviri: "Ermənilər var ki, Azərbaycanı vətənləri sayırlar"

 "Ermənilər var ki, Azərbaycanı vətənləri sayırlar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ortaya atan ermənilərə söyürlər".

"Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının millətlərarası, məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Nardaran ziyalıları və məktəbliləri ilə keçirdiyi görüşdə bildirib.

K.Abdullayev deyib ki, gələcəkdə bu münaqişə ədalətli şəkildə həll olunduqdan, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Dağlıq Qarabağda ermənilər də yaşayacaqlar: "Onlar Azərbaycan vətəndaşı və oranın sakinləri olacaqlar. Biz onlara Azərbaycan vətəndaşı kimi baxmalıyıq. Bizdə "ermənidir, öldür" anlayışı ola bilməz”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM