Dövlət Neft Fondu valyuta satışını iki dəfə artırıb

19:25 | 02.08.2024
Dövlət Neft Fondu valyuta satışını iki dəfə artırıb

Dövlət Neft Fondu valyuta satışını iki dəfə artırıb

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) 2024-cü ilin iyulunda 826,3 milyon dollar satıb. Bu barədə Dövlət Neft Fondu məlumat yayıb. 

2024-cü ilin iyun ayında SOFAZ valyuta hərraclarında 405,6 milyon dollar satıb. Beləliklə, iyulda valyuta satışının həcmi 2,04 dəfə artıb. 

Hesablamalara görə, 2024-cü ilin yanvar-iyulunda SOFAZ valyuta hərraclarında 4 milyard 249,7 milyon dollar satıb ki , bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
 
Mərkəzi Bank isə iyulda hərraclarda valyuta satışının 597,1 milyon dollar olduğunu bildirib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti