Dövlət Neft fondunun aktivləri artıb

13:21 | 17.07.2024
Dövlət Neft fondunun aktivləri artıb

Dövlət Neft fondunun aktivləri artıb

2024-cü il iyunun 30-na Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri 2024-cü ilin əvvəlinə nisbətən 3,4% artaraq 58 milyard dollar təşkil edib. Bu barədə SOFAZ mətbuat xidməti məlumat verib. 

2024-cü ilin ilk  6 ayında fondun büdcə gəlirləri 9,3 milyard manat, xərcləri isə  -  6,4 milyard manat təşkil edib.
 
2024-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6,4 milyard  manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 5,7 milyard manat,  bonus ödənişləri 775,9 milyon manat, tranzit gəlirləri 0,3 min manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil edib. 

Fondun valyuta vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 2 818,4 milyon manat olub. 

Hesabat dövründə SOFAZ dövlət büdcəsinə 6,4 milyard  manat  transfert edib.
 
2024-cü ilin yanvar-iyununda  "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 7,1 milyon manat yönəldilib. 
 
Cari ilin ilk 6 ayında  SOFAZ  idarə edilməsi ilə bağlı xərcləri 11,6 milyon manat təşkil edib. 

N.Təbrizli
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti