Dövlət Neft Fondunun aktivləri azalıb

17:10 | 01.05.2015
Dövlət Neft Fondunun aktivləri azalıb

Dövlət Neft Fondunun aktivləri azalıb


"Bakı-Tbilisi-Qars”a 3,9 mln. manat vəsait ayrılıb.

2015-ci ilin I rübü ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2 mlrd. 28 mln. manat, büdcə xərcləri isə 2 mlrd. 335,6 mln. manat təşkil edib.

ANN.Az "APA-Economics”ə istinadla xəbər verir ki, bunu fondun icraçı direktoru Şahmar Mövsümov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ilin 3 ayı ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 mlrd. 938,9 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 mlrd. 936,3 mln. manat və tranzit gəlirləri 2,6 mln. manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 89,1 mln. manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar gəliri 7 mlrd. 488,7 mln. manat təşkil edib.

Hesabat dövründə, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 1 mlrd. 941,7 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 47,9 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 25,1 mln. manat vəsait ayrılıb.

"Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə fonddan 3,9 mln. manat vəsait ayrılıb.  2,7 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. "Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 307,4 mln. manat vəsait ayrılıb. 2015-ci ilin 3v  ayı ərzində fondun idarə edilməsi ilə bağlı xərcləri 6,9 mln. manat təşkil edib.

2015-ci il aprelin 1-ə fondun aktivləri 2015-cü ilin əvvəlinə (37 104,1 mln. dollar) nisbətən 5,86% azalaraq 34 930,5 mln. dollara bərabər olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM