Dövlət Neft fondunun investisiya portfelinin 53,3%-i istiqrazlar təşkil edir

15:37 | 17.07.2024
Dövlət Neft fondunun investisiya portfelinin 53,3%-i istiqrazlar təşkil edir

Dövlət Neft fondunun investisiya portfelinin 53,3%-i istiqrazlar təşkil edir

2024-cü il iyunun 30-a Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) investisiya portfelinin 53,3%-i istiqrazlar və pul bazarı alətləri təşkil edir. Bu barədə SOFAZ məlumat yayıb.
 
İnvestisiya portfelinin 25,9% səhmlər, 6% daşınmaz əmlak, 14,8%-i isə qızılın payına düşür.
 
İnvestisiya portfelinin 65,3%-i inkişaf etmiş, 12,3% inkişaf etməkdə olan ölkələrdə, 7,6% Beynəlxlaq maliyyə təşkilatlarında, 14,8% qızılda saxlanılır. 
 
Coqrafi regionlara gəlincə SOFAZ investisiya portfelinin çox hissəsi və ya 33,1% ABŞ-da yerləşdirilib. İkinci yerdə 30,7% ilə Avropa durur. Sonrakı yerləri  Asiya və Sakit okean ölkələri, Afrika və s  tutur. 
 
SOFAZ Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıbr və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət qurumudur.
 
Fonda neft kontraktlarının icrasından, xüsusən də dövlətin gəlirli neft və qazının satışından, neftin və qazın ölkə ərazisindən daşınması üçün tranzit tariflərindən, dövlət əmlakının icarəyə verilməsindən və s. gəlirləri toplanır.
 
Fondun 2024-cü il iyunun 30-a olan aktivləri 57 milyard dollar təşkil edir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti