2024-cü il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) müddətli depozit qoyuluşu bir il əvvəllə müqayisədə 4,5% artaraq 1,9 milyard manat təşkil edib. By Barədə SOFAZ saytında yerləşdirilən audit hesabatında bildirilib.
Müddətli depozitlər Neft Fondunun qısamüddətli aktivlərinin 2,04%-ni təşkil edib.
Hesabata əsasən, 2023-cü ilin sonuna müddətli depozitlərin əsas hissəsini Türkiyə Mərkəzi Bankında yerləşdirilən 1 milyard 893 milyon 143 min manat məbləğində depozit təşkil edir. Bu depozit üzrə 16 milyon 543 min manat məbləğində faiz hesablanıb.
2023-cü il yanvarın 1-i ilə müqayisədə cari ilin başına Türkiyə Mərkəzi BAnkında yerləşdirilən deposit 4,4% artıb.
SOFAZ Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıbr və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət qurumudur.
Fonda neft kontraktlarının icrasından, xüsusən də dövlətin gəlirli neft və qazının satışından, neftin və qazın ölkə ərazisindən daşınması üçün tranzit tariflərindən, dövlət əmlakının icarəyə verilməsindən və s. gəlirləri toplanır.
Fondun 2024-cü il iyunun 30-a olan aktivləri 57 milyard dollar təşkil edir.

N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !