Dövlət Proqramlarının nəticələri qiymətləndirilməlidir - millət vəkili

12:24 | 10.11.2022
Dövlət Proqramlarının nəticələri  qiymətləndirilməlidir - millət vəkili

Dövlət Proqramlarının nəticələri qiymətləndirilməlidir - millət vəkili

Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına maliyyələşən dövlət proqramlarının nəticələri dövlət büdcəsi hazırlanarkən qiymətləndirilməlidir. Bunu millət vəkili Qənirə Paşayeva bildirib. 
 
"Dövlət proqramlarının nəticələrinin dövlət büdcəsində qiymətləndirilməsi vacibdir. Kino, tarixi abidələrin mühafizəsi və s ilə bağlı proqramlar var. Proqramların icra müddəti bitir amma problemlər öz həllini tapmır. Ona görə nəticələrin qiymətləndirilməsinə ehtiyac var",  -  Paşayeva "2023-cü il üçün Dövlət büdcəsi layihəsi"nin  müzakirəsi zamanı bildirib. 

Onun sözlərinə görə, mədəniyyət sahəsində əmək haqqlarının artırılmasına da ehtiyac var.

"Əmək haqqının bu sahədə az olması bu sahəyə gedən kadrların sayını azaldır. Xüsusilə  gənclərin sayını artırmaq üçün mədəniyyət işçilərini güzəştli ipoteka alan əhali sırasına salınmalı və əmək haqqı artırılmalıdır",  - Paşayeva bildirib. 

Millət vəkili Sabir Rüstəmxanlı isə kitabxanaların bərbad vəziyyətdə olması və onların təmirinə ayrılan vəsaitlərin artərəlmasına ehtiyacın olduğunu bildirib. 


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM