Dövlət qəbirlərə nəzarət edəcək

15:28 | 29.12.2017
Dövlət qəbirlərə nəzarət edəcək

Dövlət qəbirlərə nəzarət edəcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Bələdiyyələrin statusu haqqında” və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarına dəyişiklik layihələrinə baxılıb.

Anews.az xəbər verir ki, "Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, bələdiyyələr qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə yardım göstərəcək.

Layihə səsə qoyularaq qəbul edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM