Dövlət qeydiyyatından keçən dini icmaların sayı açıqlandı

23:11 | 20.05.2015
Dövlət qeydiyyatından keçən dini icmaların sayı açıqlandı

Dövlət qeydiyyatından keçən dini icmaların sayı açıqlandı

Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan indiyə qədər 615 dini qurum qeydiyyatdan keçib. 

Bu barədə "Report”a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.

Konfessional baxımdan onların 594-ü İslam, 21-i isə qeyri-islam (xristian - 12; yəhudi - 6; krişna - 1; bəhai - 2) təmayüllüdür. Əvvəllər qeydiyyatdan keçən qeyri-islam dini icmaları ilə birlikdə onların sayı 34-dür.

Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi 2009-cu il sentyabrın 1-dən başlanılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti