Dövlət qulluqçuları nə qədər qazanır?

20:30 | 23.05.2015
Dövlət qulluqçuları nə qədər qazanır?

Dövlət qulluqçuları nə qədər qazanır?

2014-cü ilin yekunlarına görə, Azərbaycanda dövlət qulluqçularının sayı 30,1 min nəfər olub. Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən yaydığı məlumata görə, onların 28,5%-ni qadınları təşkil edib.
 
Dövlət qulluqçularının 8,7%-i 1 ilə qədər, 26,9%-i 1 ildən 5 ilə qədər, 22%-i 5 ildən 10 ilə qədər, 16%-i 10 ildən 15 ilə qədər, 26,4%-i isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçuları arasında 30 yaşa qədər olanlar 16,7%, 30-34 yaşındakılar 14,5%, 35-44 yaşındakılar 22,3%, 45-54 yaşındakılar 25,8%, 55-62 yaşındakılar 16,9%, 63 və yuxarı yaşda olanlar isə 3,8% paya malikdir.

Ötən il dövlət qulluqçularının orta aylıq əmək haqqı 617,6 manat olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM