Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması elektronlaşdırılır

18:56 | 15.11.2023
Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması elektronlaşdırılır

Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması elektronlaşdırılır

Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması elektronlaşdırılır.

 
Nazirlər Kabineti bununla bağlı "Pensiya yaşına çatmasına, əlilliyinə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”na dəyişiklik edib.

Müavinətin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcək. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM