Dövlət qulluqçularının maaş artımı ilə bağlı - Açıqlama

11:28 | 19.06.2019
Dövlət qulluqçularının maaş artımı ilə bağlı - Açıqlama

Dövlət qulluqçularının maaş artımı ilə bağlı - Açıqlama

"Dövlət qulluqçularının maaş artımı ilə bağlı imzalanmış sərəncam digərləri kimi ictimaiyyətə açıqlanmır”.

Anews.az xəbər verir ki, bu sözləri "Qafqazinfo”ya açıqlamasında parlamentin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili deyib. O bildirib ki, dövlət qulluqçularının maaşlarının artırılması sistemi digər maaş artımı ilə bağlı sərəncamlardan fərqlənir:
"İctimaiyyətə açıqlanan sərəncamlardan fərqli olaraq dövlət qulluqçularının maaş artımı başqa bir sxemlə verilir. Bu səbəbdən də, digər sərəncamlar kimi ictimaiyyətə bu formada açıqlanmır və dərc olunan sərəncamların içində yer almır. Həmin sistem mürəkkəb prosesdir, çünki orada tarif cədvəlləri var. Onların maaşları bir çox amil və kriteriyalardan asılıdır. Ona görə, həmin sənəd daxili sənəd sayılır.

Ancaq sosial paketdə dövlət qulluqçularının maaşlarının da 50% artımı ilə bağlı sərəncam var”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb