Dövlət qulluqçularının orta aylıq maaşı açıqlandı - RƏSMİ

18:42 | 18.06.2022
Dövlət qulluqçularının orta aylıq maaşı açıqlandı - RƏSMİ

Dövlət qulluqçularının orta aylıq maaşı açıqlandı - RƏSMİ

2022-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olub ki, onların da 28 %-ni qadınlar təşkil edir. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytında yazılıb.

Bildirilib ki, dövlət qulluqçularının 6,8 %-i dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,4 %-i 4-cü təsnifatı, 11,6 %-i 5-ci təsnifatı, 8,8 %-i 6-cı təsnifatı, 48,4 %-i 7-ci təsnifatı, 21,0 %-i isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Dövlət qulluqçularının 7 %-i 1 ilədək, 23,1 %-i 1 ildən 5 ilədək, 25,9 %-i 5 ildən 10 ilədək, 17,2 %-i 10 ildən 15 ilədək, 26,8 %-i isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2,5 %-ni 25 yaşadək, 13,3 %-ni 25-29 yaşda, 17,3 %-ni 30-34 yaşda, 15,1 %-ni 35-39 yaşda, 12,2 %-ni 40-44 yaşda, 9,3 %-ni 45-49 yaşda, 8,7 %-ni 50-54 yaşda, 10,4 %-ni 55-59 yaşda, 9,6 %-ni 60-64 yaşda, 1,6 %-ni 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2021-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 4,8 faiz artaraq 1274,1 manat təşkil edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb