Dövlət qulluğuna qəbulla bağlı sınaq keçiriləcək

13:40 | 26.04.2019
Dövlət qulluğuna qəbulla bağlı sınaq keçiriləcək

Dövlət qulluğuna qəbulla bağlı sınaq keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.

Anews.az-ın DİM-ə istinadən məlumatına görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 1 may tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 1 may saat 9:00-da başa çatacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb