Dövlət qulluğunda işləmək istəyənlərin DİQQƏTİNƏ

10:11 | 08.11.2017
Dövlət qulluğunda işləmək istəyənlərin DİQQƏTİNƏ

Dövlət qulluğunda işləmək istəyənlərin DİQQƏTİNƏ

Dövlət İmtahan Mərkəzi dövlət qulluğu vəzifələrində işləmək üçün imtahan vermək istəyənlərin sənədlərinin qəbuluna başlayıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Publika.az-a verilən məlumata görə, dekabrın 17-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək. İmtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq.
Sənədlərin qəbulu noyabrın 7-dən dekabrın 6-dək aparılacaq.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Noyabrın 18-də isə DİM dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. İmtahan kompüter vasitəsilə aparılacaq.

İmtahana qeydiyyat noyabrın 7-dən başlayır və imtahanın keçirilməsi üçün nəzərdə tutulmuş yerlərin sayına uyğun olaraq qeydiyyat bitdikdən sonra yekunlaşır.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM