Dövlət qurumları qışa hazırdırmı?

15:00 | 06.09.2014
Dövlət qurumları qışa hazırdırmı?

Dövlət qurumları qışa hazırdırmı?

Yay fəslinin sona çatmasına sayılı günlər qalıb. Artıq ölkəmiz yağışlı-yağmurlu payıza addımlayır. Bir neçə aydan sonra qış qapımızı döyəcək. İşığa, qaza tələbat artacaq, binaların isitmə sistemlərinin problemləri gündəmə gələcək. Bəs müvafiq qurumlar bu tələbatı ödəməyə hazırdırmı? Ümumiyyətlə, ölkəmiz qışa hazırdırmı? Qarlı qış günlərində mənzillərin istiliyi, qaz və suyla təmin olunması necə olacaq?"Qışda binaların qızdırılmasında heç bir problem olmayacaq""Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev verdiyi açıqlamada bu il qış aylarında Bakıda bütün evlərin isti olacağını deyib. ASC-nin balansında olan bütün yaşayış binaları istilik sistemlərilə tam təmin olunub. Onun sözlərinə görə, bu il Bakıda 264 bina istilik sisteminə qoşulub. 37 yeni istilik qazanxanası tikilib: "Baxmayaraq ki, rəsmi olaraq qış fəsli noyabrın 15-dən başlayır, artıq "Azəristiliktəchizat" ASC qabaqlayıcı tədbirlər görüb. Bakıda 3142 yaşayış binası, 275 məktəb, 156 uşaq bağçası, 147 səhiyyə obyekti və 428 digər sosial obyekt istiliklə təmin edilib. İstilik mənbələrinin sayı 200 ədəd, 83 % artıb. 73 qazan aqreqatı əsaslı təmir olunub, 363 qazan mexaniki üsulla təmizlənib. 90 elektrik mühərriki əsaslı təmir olunub".Bakı şəhər İcra Hakimiyyəti də verdiyi açıqlamada qışa ciddi hazırlıq gördüyünü bildirib. BŞİH-dən verilən məlumata görə, yolların qardan təmizlənməsi üçün texnika hazırlanıb: "Yollara səpilmək üçün duz, qum və s. tədarük görülüb. Eyni zamanda, mərkəzi, eləcə də kənar yollarda yaranmış çala-çuxurlar düzəldilib". (anspress)"Bakıelektrikşəbəkə" və "Azərsu" da qışa tam hazırdır"Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Bizim Yol"a açıqlamasında deyib ki, birmənalı olaraq "Bakıelektrikşəbəkə" qışa hazırdır. O, hazırlığın tam yekunlaşdığını deyib: "Yenidənqurma işlərinin həyata keçirilməsi, yeni transformatorların, yarımstansiyaların qurulması ildən-ilə elektrik təchizatının daha dayanıqlı və keyfiyyətli olmasına xidmət edir. Bütün bunlar sübut edir ki, hava nə qədər kəskin şəraitdə dəyişsə belə, heç bir problem yaranmayaq. Abonentlərimiz istədikləri qədər enerji ehtiyatı ilə təmin olunacaqlar"."Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da deyir ki, "Azərsu" daim hər vəziyyətə hazırdır. O, "Bizim Yol"a açıqlamasında bildirdi ki, onlar mütəmadi olaraq işləyirlər: "Demək olar ki, biz hər zaman gücləndirilmiş iş rejimində çalışırıq. İlin bütün fəsillərində tikinti-təmir işləri gedir. Həmişə əhaliyə xidmət göstərmək istiqamətində işlərimizi davam etdiririk"."Qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı təsdiqlənib"

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev Bizimyol.info-ya verdiyi açıqlamada deyib ki, qışa hazırlıqla bağlı "Azəriqaz"da tədbirlər planı təsdiqlənib. Bu çərçivədə də müəyyən işlər görülür: ""Azəriqaz" istehsalat birliyinin 30 aprel tarixli əmrinə əsasən 2014-2015-ci illərin payız, qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı təsdiqlənib. Bu plana əsasən, may-iyul ayları arasında təxminən 15 884 metr qaz kəməri təmir olunub, 71 ədəd qaz tənzimləyici quraşdırılıb. Qaz avadanlıqlarının təftişi və təmiri istiqamətində işlər görülüb. Bu tədbirlər planı hələ də davam etdirilir. Çünki bizdə payız-qış mövsümünə görə qazanxanaların işə salınmasına noyabrın 15-dən sonra start verilir. Bu istiqamətdə digər işlər də həyata keçirilir. Eyni zamanda ölçü qovşaqlarında işlər aparılır. Bütün qəbul-təhvil məntəqələrində avadanlıqlara baxış keçirilir, metroloji nəzarət edilir. Bütün bunların məqsədi payız-qış vaxtlarında qarşıya problemlər çıxmaması üçündür".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti