Dövlət qurumlarına kiberhücumların sayı azalıb

11:34 | 08.01.2025
Dövlət qurumlarına kiberhücumların sayı azalıb

Dövlət qurumlarına kiberhücumların sayı azalıb

2024-cü ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 1 069 kiberhücum indikatoru (IOC) müəyyən edib ki,  bu, 2023-cü illə müqayisədə 10,2 % azdır. Bu barədə qurumun yaydığı hesabatda qeyd olunub. 

Kibertəhdidlərin 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə dekabrda isə 156 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 56 % çoxdur.

Ötən il "AzStateNet” şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, "Sandbox” mühafizə sistemi vasitəsilə isə 195 min 82 zərərverici tərkibli elektron sənəd blok edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM