Dövlət rəsmisi xarici səfərdə xanımının paltosunu geyindi

21:42 | 27.01.2015
Dövlət rəsmisi xarici səfərdə xanımının paltosunu geyindi

Dövlət rəsmisi xarici səfərdə xanımının paltosunu geyindi

Milli Demokratiya Konqresi partiyasının baş katibi Johnson Asiedu Nketia (soldan sonuncu) sarı rəngli xəzli paltoda nəzərə çarpıb.

Qərbi Afrika ölkəsinin yüksək rütbəli rəsmisi xarici səfərdə olarkən xanımının paltosunu geyindiyinə görə səslənən tənqidləri yumorla qarşılayıb, mətbuat xəbər verir.

Almaniyaya rəsmi səfəri vaxtı keçirilən tədbirlərdə Qana Milli Demokratiya Konqresi partiyasının baş katibi Johnson Asiedu Nketia sarı rəngli xəzli paltoda nəzərə çarpıb.

Qadın paltosu ilə bağlı mövzu sosial media istifadəçiləri və siyasətçinin həmkarları tərəfindən tənqid və rişxəndli şərhlərə səbəb olub, Graphic saytı bildirir.

Cənab Nketia-nın sözlərinə əsasən Almaniyada onun seçiminə fikir verən olmasa da Qana müxalifəti hadisəni hökumətin "çaş-baş qalmasına" dəlalət edən daha bir sübut kimi qələmə verməyə çalışıb.

Lağa qoyulmasını yumorla qarşıladığını deyən Qana rəsmisi olaya əhəmiyyət vermədiyini bildirir.

Cənab Nketia radioya danışarkən deyib ki, hər bir rəsmi səfərə yollanarkən biliyini "moda nümayişinə yox ölkəsinin köməyinə" sərf etməlidir və o ötəri səfərlər üçün yeni palto almaq üçün əsəs görmür.

BBC

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM