Dövlət sektorunda çalışan respondentlərin 75%-dən çoxunun kredit borcu var - SORĞU

13:58 | 26.01.2023
Dövlət sektorunda çalışan respondentlərin 75%-dən çoxunun kredit borcu var - SORĞU

Dövlət sektorunda çalışan respondentlərin 75%-dən çoxunun kredit borcu var - SORĞU

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu nəticələrinə görə dövlət sektorunda işləyən respondentlərin 75.3%-nin özünün və ya ailə üzvünün kredit borcu var.
 
Bu göstərici özəl sektorda (muzdlu) işləyənlər üzrə 60.5%, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar üzrə 53.0% təşkil edib.
 
Ümumilikdə isə "Özünüzün, yaxud ailə üzvünüzün hazırda kredit borcunuz varmı?” sualına iştirakçıların 57.7 %-i "bəli”, 42.0%-i "xeyr” cavabı verib.
 5
 Sorğu 384 nəfər arasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib.
 
Ötən il Mərkəzi bankın noyabrda açıqladığı rəqəmlərə görə,  bankların kredit portfeli il ərzində 3 milyard manat və ya 18.1% artaraq 19.7 milyard manat təşkil edib. 2022-ci ilin 11 ayında isə müştərilərinin sayı 1.1 milyon nəfər və ya 0.9% artaraq 13.6 milyon nəfərə (99%-i fiziki şəxslər olmaqla) çatıb.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM