Dövlət Statistika Komitəsi 528 adda ərzaq və qeyri ərzaqla bağlı qiymətləndirmə həyata keçirir. Bunu qurumun sədr müavini Yusif Yusifov deyib.
"Azərbaycanda hər rübdə 10 min ev təsərrüfatı arasında sorğu keçiririk. Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləndirməsini müşahidə edirik. Müşahidələrin 30% insan faktoru olmadan aparılır. Məlumatları birbaşa böyük supermarketlərdən alırıq. 70% isə bazar və yarımarkalarda aparırıq. Əməkdaşlarımız gündəlik monitornqlər keçirir. Qeydiyyat aparılır. Sonra məlumatlar çəkilərə vurmaqla hesablanır. Hesablama isə Dünya Bankının hazırladığı tövsüyyələr əsasında aparılır. Yoxlamaları isə həm özümüz, həm də audit vasitəsilə icra edib orta bir hesablama çıxaırıq", - Yusif Yusifov noyabrın 17-də Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Bundan əvvəl Milli Məclisin deputatları bildirib ki, infiliyasiya ilə bağlı göstərilən rəqəmlər real bazardakı qiymətlərlə üst-üstə düşmür.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !