Dövlət vəfat edənlərə müavinət verəcək

09:12 | 18.02.2014
Dövlət vəfat edənlərə müavinət verəcək

Dövlət vəfat edənlərə müavinət verəcək

Dəfn üçün müavinət sosial-sığorta üzrə ödəmələrin bir növüdür. Bu müavinət pensiyaçılar üçün 300, işləyən şəxslər üçün isə 120 manat məbləğində müəyyənləşdirilib. Əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin hesablanması və ödənilməsi qaydası "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər və eləcə də əmək pensiyaçıları vəfat etdikdə qanunvericiliklə müəyyən edilmiş şəxslərin dəfn üçün müavinət almaq hüququ var. “Bunun üçün həmin şəxs öz şəxsiyyət vəsiqəsini və rəhmətə getmiş insanın ölüm haqqında şəxadətnaməsini və dəfni təşkil etməsi haqqında arayış gətirir ki, yəni o təşkil etmişdir. Həmin arayış əsasında həmin şəxsin rəhmətə getmiş tarixə pensiyanını baza hissəsinin 3 misli məbləğindən - bu sentybr ayında 1000 manat olduğundan pensiyaçılar üçün 300 manatdır” - deyə DSMF-nin şöbə müdiri, Elşən Məmmədəliyev bildirib. Dəfn üçün müavinət işçi vəfat etdikdə onun himayəsində olan ailə üzvlərinə verilir. Bu qəbildən olan vətəndaşlara dəfn üçün müavinətin məbləği 120 manat müəyyən edilib. Müavinət sosial fonddan o halda ayrılır ki, bununla bağlı rəhmətə getmiş şəxsin dəfn xərclərini çəkmiş insan tərəfindən müraciət daxil olsun. Dəfn müavinəti almaq üçün müraciətin müddəti məhdudlaşdırılmır. //ANS TV
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti