DYP-dən radar biabırçılığı

23:00 | 17.04.2017
DYP-dən radar biabırçılığı

DYP-dən radar biabırçılığı

Bakıda 20 il əvvəl satılan "VAZ-2106” üçün radar "QAZel” şəkli ilə göndərilib.

ANN.Az xəbər verir ki, bu barədə Qafqazinfo-ya müraciət edən Cahid Məmmədov bildirib ki, hazırda avtomobili olmasa da, evlərinə göndərilən cərimə protokolunda bir neçə səhv var:

"Bizim 1995-ci ildə atamın adına "VAZ-2106” markalı "10 DZ 118” nömrəli avtomobilimiz olub, 3 il sonra satmışıq. 10 gün əvvəl isə anamın adına radar gəlib. Halbuki əvvəlki "06”-ımızın da anama heç bir aidiyyəti yox idi. Protokolda "VAZ-2106” yazılıb, şəkildə başqa nəqliyyat vasitəsidir. Qaranlıqdı deyə yaxşı görünmür, deyəsən, "QAZel”di. O avtomobilin də nömrəsi "10 OZ 118” yazılıb”.

C.Məmmədov deyib ki, məsələnin həlli üçün qeydiyyatda olduğu Nizami rayonu üzrə dövlət yol polisi şöbəsinə müraciət edib: "Dedilər ki, Respublika Baş Dövlət Yol Polisi İdarəsinə get, orada araşdırsınlar, 10 gün ərzində getməsən, sənin adına cərimə gələcək. Bu, mənasız bir şeydir. Mənim də ora getməyə vaxtım olmadığı üçün gedə bilmədim”.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bir müddət öncə açıqlamasında kameraların belə xətalara yol verə bildiyini, hava qaranlıq olduqda və ya nömrə çirkli olduqda oxşar hərfləri və rəqəmləri yanlış oxuduğunu bildirib:

"Bu texniki avadanlıqların 0,1 faiz səhv etmə ehtimalı var və əvvəlcədən qəbul edilmiş göstəricidir. Bunu faciə kimi yol polisinin fəaliyyətinə yazmaq, ictimailəşdirmək lazım deyil. Sürücü müraciət etsin, araşdırılıb müəyyən olunsun. Bəzən hava qaranlıq olur və ya nömrə çirkli olur, kamera 3-ü 8 kimi görür. Bunlar mexaniki səhvlərdir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM