Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi "Qarabağ" - "Bayer 04" matçının ərəfəsində futbol azarkeşlərinə müraciət edərək onları ictimai nəqliyyat üstünlük vermələrinə çağırıb.
İdarənin müraciətində qeyd olunub:
"Bu gün doğma komandamız "Qarabağ” və Almaniyanın "Bayer Leverkuzen” klubları arasında keçiriləcək oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.
Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !