Ötən gün saxlanılan velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının üzvləri cərimələnməyib və onların velosipedləri özlərinə qaytarılıb.
Bu barədə AzVision.az-a Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev bildirib. P.Musayev qeyd edib ki, DYP velosipedləri cəriməsiz qaytarıb.
Qeyd edək ki, ötən gün velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin "Synergy Baku” kontinental klubunun üzvləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !