• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

DYP piyadalara müraciət edib

DYP piyadalara müraciət edib
26.10.2024 10:55
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı piyadalara müraciət edib.

Müraciətdə deyilir:

"Hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması piyadalar üçün bir sıra çətinliklər yaradıb.
Bir neçə gün əvvəl aramsız yağan yağışlar səbəbindən yollarda sürüşkənliyin, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayına da təsirsiz ötüşmədi. Həmin ərəfədə 5 nəfərin həyatını itirməsi, 6 nəfərin xəsarət alması ilə nəticələnən 11 piyadavurma hadisəsi qeydə alındı. Sözügedən qəzaların hamısının günün qaranlıq vaxtı - saat 18:30-23:00 radələrində baş verməsi isə təsadüfi deyil.
Əksər hallarda piyadalar tərəfindən qeyri-sabit hava şəraitinin düzgün qiymətləndirilməməsi, yolu keçərkən təhlükəsizlik qaydalarına əməl edilməməsi, sutkanın qaranlıq vaxtı əlvan geyimlərə, üzərində işıqqaytarıcı elementlər olan əşyalara üstünlük verilməməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır.
Bununla yanaşı, bir sıra hallarda yol infrastrukturunun piyadayönümlü olmaması, bəzi küçələrin işıqlandırılmaması, yağmurlu havalarda səkilərin, piyada keçidlərinin, onların konstruksiya elementlərinin sürüşkənliyi, yaxud intizamsız sürücülərin məsuliyyətsiz davranışları da piyadalar üçün ciddi çətinliklər yaradır. Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitində öz həyat və sağlamlıqlarına qarşı daha da diqqətli olmağa, sadalanan xüsusatları nəzərə alaraq, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada azərbaycanəsilli polis rəisi saxlanılıb
Cəmiyyət 17:30
Rusiyada azərbaycanəsilli polis rəisi saxlanılıb
Salyanda maşın kanala aşıb,ölənlər var
Cəmiyyət 16:39
Salyanda maşın kanala aşıb,ölənlər var
Köməksiz qalan azyaşlı xilas edildi - Video
Cəmiyyət 15:55
Köməksiz qalan azyaşlı xilas edildi - Video
Bakıda və Aran rayonlarında 38 dərəcə isti müşahidə olunur - FAKTİKİ HAVA
Cəmiyyət 15:01
Bakıda və Aran rayonlarında 38 dərəcə isti müşahidə olunur - FAKTİKİ HAVA
Qazaxda traktorda meyit tapılıb
Cəmiyyət 14:15
Qazaxda traktorda meyit tapılıb
Çimərliklərdə hava necə olacaq?
Cəmiyyət 14:00
Çimərliklərdə hava necə olacaq?
Aeroport yolunda qəza tıxaca səbəb olub
Cəmiyyət 12:53
Aeroport yolunda qəza tıxaca səbəb olub
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Sarayda sexdə yanğın olub
Cəmiyyət 12:10
Sarayda sexdə yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol