Rusiyanın Strateji Raket Qüvvələri komandanı Krasnoyardsk diyarında raket diviziyasının döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilir ki, Ujursk raket diviziyasında gözlənilmədən yoxlamalara başlanılıb.
"Bu 2015-ci ildə Strateji Raket Qüvvələrində həyata keçirilən ikinci qəfil yoxlamadır. Döyüş vəziyyətinin yoxlanılmasına 3000 minə yaxın hərbi qulluqçu cəlb olunub. Raket diviziyası qəfil həyəcan siqnalı ilə döyüşə hazır vəziyyətə gətirilib", - deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !