Ötən axşam evinin qarşısında 4 nəfərin ağır dərəcədə döydüyü Türkiyənin tanınmış jurnalisti Əhməd Hakan düşmənlərindən qorxmadığını deyib.
ANN.Az türk mediasına istinadən xəbər verir ki, "Hürriyet" qəzetinin yazarı Əhməd Hakan ötən axşam İstanbuldakı evinin yaxınlığında 4 nəfər naməlum şəxsin hücumuna məruz qalıb. Xəstəxanaya çatdırılan jurnalistin qabırğalarının sındığı, sifət nahiyəsindən ağır yaralar alıb. Rəsmilərinin verdiyi məlumata görə, hadisədən az sonra jurnalisti döyənlərdən 3 nəfəri həbs olunub, səhərə yaxın isə 4-cü şəxs də tutulub.
Qeyd edək ki, jurnalist işadamı, siyasətçi Cem Uzanla yaşanan gərginlikdən sonra hücuma məruz qalıb.
Bu gün səhər saatlarında "Hurriyet" qəzetinin baş yayın direktoru Sedat Ergin xəstəxana qarşısında gözləyən media mənsubları üçün açıqlama verib: "Əhməd Hakanın mesajı var sizlərə. Ən əvvəl Əhməd bəy bu saata qədər gözləyən müxbir və operator yoldaşlara sevgi və salamları çatdırmağı xahiş etdi. Eyni zamanda ötən gecə ona hücum edən şəxslərə də çatdırılası mesajı var. Əhməd bəyin mesajı belədir: "Bu cür hücumlardan heç bir şəkildə qorxmayacayıq, geri çəkilməyəcəyik. Bildiyimiz yolda addımlamağı davam edəcəyik".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !