“Dözümüm çatmır” - Erkin Qədirli

10:56 | 25.02.2020
“Dözümüm çatmır” - Erkin Qədirli

“Dözümüm çatmır” - Erkin Qədirli

ReAl Partiyanın funksioneri, 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə deputatlığa lider namizəd Erkin Qədirli "Facebook” sosial şəbəkəsindəki səhifəsini bağlamasının səbəbini açıqlayıb.
 
Pravda.az-ın xəbərinə görə, E.Qədirli deyib ki, bu addımı təhqirlərə görə atıb.
 
"Səhifəmi təhqiredici şərhlərdən təmizləmək üçün gecə bağlamışdım. Kimsə özünü bloka atılmış sayıbsa, üzrlü sayın. Heç kimi bloka atmadım, səhifəm bağlı olub. Təhqirlərə gəlincə, o qədər çox olub ki, şərhləri bir-bir silmək yerinə, paylaşımları silməli oldum. Belə şərhlər daha çox saxta profillərdən yazılır, onları bir-bir oxumağa və təmizləməyə nə vaxtım çatır, nə də həvəsim olur. O biri yandan, siyasətçinin çox şeyə dözümlü olması tələb olunur. Etiraf edirəm ki, belə şeylərə dözümüm çatmır. Öyrənə biləcəyəmmi? Zaman göstərəcək. Bu da bir təcrübədir” – E.Qədirli qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM