• $
  • €
  • ₽
  • ₺
  • £

“E-Köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi keçirilib

“E-Köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi keçirilib
24.11.2022 17:00
Noyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə "E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi keçirilib.
 
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
 
Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, "E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanıb. O, vurğulayıb ki, "E-köşk” platforması vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana bilərlər.
 
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov media sahəsində həyata keçirilən islahatların tərkib hissəsi olaraq çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
 
Daha sonra "Rəqəmsal dövrdə ənənəvi çap mediası: Müasir oxu vərdişləri və transformasiya perspektivləri” mövzusunda panel sessiya keçirilib. Panel sessiyaya moderatorluq edən millət vəkili, "Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova bildirib ki, "E-köşk” platforması cəmiyyətdə oxu vərdişlərinin inkişaf etdirilməsinə, ənənəvi medianın rəqəmsallaşdırılmasına dəstək göstərəcəkdir.
 
Sessiyada çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid bu platformanın çap mediası subyektlərinin iqtisadi dayanıqlılığının artırılması, ənənəvi çap mediasının rəqəmsal mühitə uyğunlaşması istiqamətində innovativ addım olduğunu qeyd edib.
 
"Media Təhlil Mərkəzi” İctimai Birliyinin baş mütəxəssisi Yunis Orucov çıxışında texniki imkanlar baxımından onlayn media ilə bərabər çap mediasının inkişafına kömək məqsədilə "E-köşk” platformasının yaradılmasının təqdirəlayiq addım olduğunu diqqətə çatdırıb.
 
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və "Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev də platformanın ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan etməsindən, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından istifadə etməyə şərait yaratmasından danışıb.
 
Daha sonra Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri şöbəsinin müdiri Ləman İsgəndərova platformanın üstünlüklərini, əhatə dairəsini, məqsədlərini əks etdirən təqdimatla çıxış edib.
 
"Mass Solution” şirkətinin dəstəyi ilə hazırlanan "E-köşk” platformasının istifadə təlimatı, eyni zamanda cari müddətə qədər platformada hesab yaratmış redaksiyalara dair video-çarxlar nümayiş etdirilib.
 
Sonra "Hürriyet” qəzetinin xəbər koordinatoru Fırat Karadeniz çap mediası məhsullarının təkmilləşdirilməsi və mediada peşəkarlığın artırılması üçün yeni tendensiyaların öyrənilməsi ilə bağlı çıxış edib. Tədbir çərçivəsində Fırat Karadenizin çap mediası subyektlərinin nümayəndələri üçün "Çap mediasında yeni texnologiyaların tətbiqi: innovativ biznes modelləri, müasir inkişaf tendensiyaları”; "Çap mediasında yayımlanan məzmunun yeni formatlara uyğunlaşdırılması” mövzularında təlimi də keçirilib.
 
Qeyd edək ki, "E-köşk” platformasının yaradılma məqsədi çap mediasının ekoloji və iqtisadi dayanıqlılığını artırmaq, ənənəvi medianın rəqəmsallaşmasını təşviq etmək, informasiya cəmiyyətinə keçidi sürətləndirməkdir.
 
Əlavə məlumat üçün: 
Email: [email protected]
Telefon: (012) 526-16-16
              (994) 55-362-90-95
 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Cəmiyyət 16:48
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 16:40
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Cəmiyyət 16:20
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Cəmiyyət 15:42
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Cəmiyyət 15:35
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Cəmiyyət 15:05
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox