Easyjet-in kapitanı sükan arxasında huşunu itirdi

16:32 | 10.10.2015
Easyjet-in kapitanı sükan arxasında huşunu itirdi

Easyjet-in kapitanı sükan arxasında huşunu itirdi

İkinci pilot təyyarəni Venesiyada endirib.

Britaniyanın Easyjet aviaşirkətinin içində 164 sərnişin olan təyyarəsi Venesiya aeroportunda məcburi eniş edib, belə ki, uçuş zamanı pilot huşunu itirib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Tabloid Sun məlumat yayıb.

Hadisə Londondan İrakliona (Krit, Yunanıstan) uçan təyyarədə cümə günü səhər baş verib. Nəşrin məlumatına əsasən, pilotun halı pisləşdikdən sonra huşunu itirib.

Venesiyanın Marko Polo aeroportunda endikdən sonra pilot xəstəxanaya yatırılıb. Hal-hazırda o, xəstəxanadadır və həyatı üçün təhlükə yoxdur.

"Easyjet aviaşirkəti kapitana tibbi yardım lazım olduğu üçün EZY5461… reysinin marşrutunun dəyişdirildiyini təsdiq edə bilər”, - daşıyıcının rəsmi nümayəndəsi bəyan edib.

Aviaşirkətin məlumatına əsasən, ikinci pilot təyyarəni uğurla Venesiyada endirib, sərnişinlərin Yunanıstana çatdırılması üçün yeni layner göndərilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM