Afrikanın qərbində yerləşən Syerra-Leonedə Ebola ilə bağlı vəziyyət kritik vəziyyətə çatıb, ölkə əhalisi qorxu içərisindədir. ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, dünəndən ölkə əhalisinə rəsmi olaraq "küçəyə çıxmamaq yasağı" qoyulub. Bu qadağadan sonra xilasedicilər ölkənin ayrı-ayrı bölgəsində eboladan ölən adamların cəsədlərini toplayıb. Rəsmi xəbərlərə görə, son 3 gündə 92 nəfər öldürücü virusun qurbanı olub.Son 3 gündə qan analizi verən 123 nəfərdən 56-da virusa yoluxma faktı ortaya çıxıb və həmin adamlar qarantinə götürülüb. Digər nəticələrə görə, 31-də virus aşkarlanmayıb, 36-nın cavabının isə hələ dəqiqləşdirilmədiyi deyilir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, ebolanın yayıldığı ölkələr arasında Syerra-Leone birincilər sırasında gedir.Son dəqiqə xəbərlərinə görə, eboladan ölənlərin sayı 200-ə çatıb, amma bu xəbər rəsmi qaynaqlardan hələ ki, təsdiq olunmayıb.6 milyon əhali olan bu ölkədə könüllülər demək olar ki, bütün qəsəbə və kəndlərə gedərək onların xəstəliklə bağlı maarifləndirilməsini aparırlar.Mart ayından başlayaraq Qərbi Afrikada eboladan ölənlərin sayı 2600 nəfərə çatıb və 5 min adamda xəstəlik aşkar olunub. Bu adamlar hələ müalicə olunur və qarantində saxlanılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !