Ehtimal olunur ki, ölkəyə gətirilən meymunlarda ebola virusu olubErmənistanda ebola qorxusu yaranıb. ANS PRESS-in məlumatına görə, Ermənistanın müvafiq qurumlarının araşdırmaları zamanı məlum olub ki, 2011-ci ildə ölkəyə 2 “Bonobo” meymunu gətirilib. Lakin meymunlar elə həmin il ölüblər.Ermənistan Səhiyyə Nazirliyi açıqlama verib ki, Ermənistanda ebola təhlükəsi yoxdur. Lakin ehtimal olunur ki, ölkəyə gətirilən və həmin ili də ölən “Bonobo” meymunlarında ebola virusu olub. Hazırda Ermənistanda “Bonobo” meymunlarının ölkəyə gətirilməsi ilə bağlı cinayət işi açılıb.Qeyd edək ki, dünyada ebola virusundan 2000 minə yaxın insan ölüb. İlk olaraq 1976-cı ildə Konqoda görünən və adı Afrikadaki bir göldən götürülən "Ebola" virusü ishal, qanama, dəri töküntüləri və yüksək bədən temperaturu əlamətləri ilə ortaya çıxır. Virus ən çox Konqo, Uqanda və Cənubi Sudan ölkələrində yayılıb.
Müalicəsi və peyvəndi olmayan virus, xəstədən sağlam insana asanlıqla keçir. Heyvanların da daşıyıcı olduğu bu təhlükəli virus, daha çox şimpanze, qorilla və meymunlarda aşkarlanır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !