Dünya Səhiyyə Təşkilatı (DST) iyunun 16-dan Qərbi Afrikada Ebola virusu nəticəsində 38 ölüm və 134 yoluxma hadisəsi qeydə alıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Cenevrədə yayılmış statistik məlumatlar göstərir.
Xəstəlik yayılmağa başladığı dövrdən Qvineyada, Liberiyada və Syerra-Leonda bu qorxulu xəstəlikdən 11 207 nəfər həlak olub, 27 443 nəfər isə yoluxub. Liberiyada qurbanların sayı EVYX (ebola virusundan yaranan xəstəlik) 4 806 nəfər, yoluxmuşların sayı isə 10 666 nəfərdir. May ayının 9-dan bu ölkə rəsmi olaraq "Eboladan azad” elan edilib. Amma EVYX Syerra-Leonda və Qvineyada məğlub olmayıb. Syerr-Leonda epidemiya zamanı 3928 nəfər həlak olub və 13 059 nəfər xəstələnib. Qvineyada yoluxmuş və həlak olanların sayı nisbətən azdır: 3718 və 2473 nəfər.
Yoluxma halları Mali, Nigeriya, Seneqal, İspaniya, Böyük Britaniya və ABŞ-da da qeydə alınıb. Buna baxmayaraq bu ölkələrin çoxunda 10 nəfəri keçməyib. Nigeriya istisnalıq təşkil edir, burada EVYX-ə yoluxan adamların sayı 20 nəfəri keçib və 8 nəfər isə həlak olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !