Ebola virusu yenidən yayılır – ÜST AÇIQLADI

15:58 | 02.06.2020
Ebola virusu yenidən yayılır – ÜST AÇIQLADI

Ebola virusu yenidən yayılır – ÜST AÇIQLADI

Konqo Demokratik Respublikasında ebola xəstəliyinin göstəriciləri özünü biruzə verib və 4 nəfər dünyasını dəyişib.

Yeniavaz.com xarici KİV-ə istidanə xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının katibi Tedros Adanom Qebreisus xəstəliyin ölkənin qərbində qeydə alındığı təstiqlənib.

İki həftə əvvəl Şimali Kivu bölgəsinin səhiyyə naziri Dr.Moise Kakule Kanyere, Ebola Müalicə Mərkəzindəki son xəstənin müalicəsinin bitdiyini bildirmişdi. Eyni zamanda nazir ebola xəstəliyinin başa çatmasını elan etmək üçün 42 gün vaxt keçməsi lazım olduğunu deyib, ancaq aprel ayında yeni faktlar qeydə alınıb.
 
Xəstəliklə bağlı yenidən həyəcan təbili çalınmağa başlanılıb. Son məlumatlara görə, sözügedən ölkədə ebola xəstəsi olan bir nəfər müalicə olunduğu xəstəxanadan qaçıb.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb