“Ebola” virusundan ölənlərin sayı 4447-yə çatıb.
ANN.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.
ÜST ekspertlərinin məlumatına görə, həftənin sonunadək bu təhlükəli xəstəliyə yoluxanların sayı 9 mini keçəcək.
Qeyd edək ki, epidemiya ilə ən təhlükəli vəziyyət Qərbi Afrikada - Syerra-Leone, Liberiya və Qvineyada yaranıb. Virus yeni ərazilərə yayılmaqda davam edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !