ANN.Az saytı "Daily Mail"yə istinadən xəbər verir ki, bir sərnişinin Ebola xəsətəsi olması ilə bağlı zarafatı təyyarənin yarıyolda eniş etməsinə, sərnişinlərin mənzilbaşına 4 saat gec gedib çatmasına səbəb olub. Filodelfiyadan Dominikan Respublikasına gedən təyyarədə bir ABŞ vətəndaşı asqırıb-öskürüb və birdən "Mən Ebola xəstəsiyəm" deyərək qışqırıb. Bu sözlər sərnişinlər arasında çaxnaşma yaradıb. Təyyarənin heyəti sərnişinləri heç cür sakitləşdirə bilməyib və təyyarə Dominikan Respublikasının Runta Kana aeroportunda eniş edib. Səhiyyə işçiləri Ebola xəstəsi olduğunu deyən sərnişini təyyarədən düşürərək yoxlamaya aparıblar. Təyyarədə həyəcandan halı pisləşən və tibbi yardım göstərilən sərnişinlər də olub.Bütün bunlar isə təyyarənin mənzilbaşına 4 saat gecikmə ilə çatmasına səbəb olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !