Eboladan xilas olanların qanı bazarda satılır

18:22 | 25.09.2014
Eboladan xilas olanların qanı bazarda satılır

Eboladan xilas olanların qanı bazarda satılır

Bugünə qədər ən azı 2800 adamın ölümünə səbəb olan Ebolanın daha çox yayıldığı Qərbi Afrika ölkələrində xəstəlikdən xilas olanların qanının qara bazarda satıldığı faktı ortaya çıxıb.

ANN.Az saytının CNN-ə istinadən yaydığı məlumata görə, Dünya Səhiyyə Təşkilatı Ebola ilə bağlı həyəcanlandırıcı hadisələrin baş verməsi ilə bağlı xəbərdarlıq yayıb. Qurum xəstəlikdən xilas olanların qanının qara bazarda satıldığını açıqlayıb.Virusa yoluxan, müalicədən nəticə ala bilməyən xəstələr ölümcül virusla "savaş"dan sağ çıxan antitellərin (Antitellər orqanizmə daxil olan yad hüceyrələr üçün hasil edilən zülal əsaslı silahlardır. Bu silahları immun sisteminin əsgərlərindən biri olan B hüceyrələri hasil edir. Düşmən orqanizmləri zərərsizləşdirmək funksiyası daşıyan antitellərin iki başlıca vəzifəsi var: birincisi, orqanizmə daxil olan düşmən hüceyrəyə (antigenə) yapışmaq. İkincisi, yapışdıqdan sonra antigenin bioloji quruluşunu pozaraq onu məhv etmək - red.) olduğu qanı əldə etmək üçün qanunsuz alverə baş vururlar. Antitel müalicəsinin işə yarayıb-yaramadığını bilməyən xəstələr digər təhlükələrlə də üzləşə bilərlər. ÜST-nın rəhbəri Marqaret Çan jurnalistlərə açıqlamasında deyib ki, yoxlanılmayan qanda digər yoluxucu xəstəliklər, eləcə də AİDS (SPİD) də ola bilər, bu isə daha ağır nəticələrə gətirib çıxarar: "Ona görə də qara bazarda satılan qan ticarəti ilə bağlı mübarizə aparmalıyıq".Bəzi mütəxəssislərə görə, Eboladan xilas olan xəstənin qanında yarana antitel digər xəstə üçün şəfa ola bilər. Amma bu, tibb işçilərinin xüsusi nəzarəti altında həyata keçməlidir.ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM