Mavritaniya Ebola virusuna ilk yoluxma faktı ilə əlaqədar Mali ilə quru sərhədini bağlayıb. Bu barədə Mavritaniya hakimiyyət nümayəndələri bildiriblər.
Onların sözlərinə görə, hökumət Mali və Mavritaniya arasında sərhəddə bütün keçid məntəqələrinin bağlanmasına göstəriş verib.
Malinin səhiyyə nazirliyi qonşu Qvineyadan gələn iki yaşlı qızda Ebola virusunun aşkarlanması barədə cümə axşamı bəyan edib. Cümə günü məlum olub ki, qız ölüb.
Bundan öncə Ümumdünya səhiyyə təşkilatı (ÜST) Malidəki vəziyyəti "fövqəladə vəziyyət" kimi qiymətləndirib, qorxaraq ki, iki yaşlı qız öz səyahəti zamanı ölkədə böyük sayda insanları yoluxdura bilərdi.
İlkin araşdırma çərçivəsində onunla təmasda olan 43 nəfəri, o cümlədən 10 tibb işçisini müəyyənləşdirmək mümkün olub. Onların hamısı təcrid olunublar.
Trend