Ebola virusuna yoluxmuş Nyu-Yorklu həkim sağalıb.
ANN.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 33 yaşlı Kreyq Spenser noyabrın 11-də xəstəxananı tərk edəcək.
Kreyq Spenser Qvineyada “Sərhədsiz həkimlər” missiyasının tərkibində çalışıb. Bu ölkədə bir aya yaxın qalan amerikalı həkim Ebolaya yoluxan xəstələri müalicə edirmiş. K.Spenserdə Ebola virusu oktyabrın 23-də müəyyən edilmişdi. Hadisə Nyu-Yorklular arasında təlaşa səbəb olmuşdu. Xəstəxanaya yerləşdirilməmişdən əvvəl K.Spenser əhalinin sıx olduğu yerlərə baş çəkməyə vaxt tapmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !